Xilaskar və qurucu rəhbər

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr  olunmuş  tədbir keçirilib.

Öncə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 18 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən ümummilli liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.

Sonra çıxış edən kollecin müəllimi Bəxtiyar Əliyev, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm İbrahimli qeyd ediblər ki, Heydər Əliyevlə başlanan ənənələr ulu öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Yığıncağın sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.



ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər