Azad edilmiş ərazilərə metal qalıqları yığmağa gedənlər tutuldu

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd və Laçın Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yığmaq məqsədi ilə işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri – Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com