Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar olaraq Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsində tədbir keçirilib.Öncə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib. 

Sonra hissə rəisi Elçin Quliyev tədbirdə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən hər il dekabrın 16-da ölkəmizdə FHN işçilərinin peşə bayramı qeyd olunur. 

E. Quliyev bu münasibətlə Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin kollektivini təbrik edib, onlara gələcək işlərində uğurlar diləyib. 

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər