Ağcabədidə “Motivasiya” təlimi çərçivəsində gənclərlə görüş keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyində “Motivasiya” təlimi çərçivəsində rayon gəncləri ilə görüş keçirilib.

Təlim təhsil və icma quruculuğu sahəsində ixtisaslaşan “Resource HUB” tərəfindən həyata keçirilən Almaniyanın MOCI-Qafqaz platforması çərçivəsində Təlimçilər üçün təlim proqramından keçən yeni təlimçi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyini ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ləman Zeynalova tərəfindən baş tutub.

Təlim zamanı iştirakçılara “Motivasiya nədir?”, “Motivasiya necə yaradılır”, “Motivasiyanın hansı növləri var” kimi mövzularla bağlı məlumatlar verilib. Həmçinin müxtəlif oyunlar və kiçik yarışlar təşkil edilib. Gənclər əylənərək öyrənib, asudə vaxtlarını səmərəli keçiriblər.

Təlimdə Ağcabədi rayon Xocavənd kənd 1 nömrəli məktəbin peşə təmayüllü siniflərinin şagirdləri qonaq olub.

Mənbə: azertag.az

Şərhlər