Şəhidin anım günü keçirilib

​Dekabrın 19-da Vətən müharibəsindəqəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə yüksələnAnar Cəfərovun anım tədbiri keçirilmişdir. TədbirdəAğcabədi Rayon İcra Hakimiyyəti, SHXÇDX-nin məsulişçiləri, şəhid ailələrinin üzvləri, ziyalılar, ağsaqqallar, media mənsubları iştirak etmişlər.

Anım günündə Anar Cəfərovun adını daşıyan küçədəonun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunmuşbulaq kompleksinin açılış mərasimi keçirilib. 

Qeyd edək ki, şəhid Anar Cəfərov Suqovuşanistiqamətində gedən gərgin döyüşlərdə igidliklərgöstərərək, düşmənə ağır zərbələr vurub. Həmin qanlıdöyüşlərin birində o, qəhrəmancasına həlak olub, şəhidlikməqamına qovuşub.

​Azərbaycan Respublikasının Prezidenti, Ali BaşKomandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeniilə təltif olunub. 

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər