Fiziki aktivliyin təmin olunması məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir

         “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. Bu məqsədlə Ağcabədi Rayon Gənclər və İdman idarəsi tərəfindən 21 dekabr 2021-ci il tarixdə  Ağcabədi şəhəri M.Aranlı adına 11 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.

           Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman idarəsinin sədr müavini Eldəniz Qəmbərov məktəbin müəllim və digər  əməkdaşlarına fiziki aktivliyin  əhəmiyyətindən və sağlamlığa faydalı təsirlərindən danişmışdır. Yekunda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com