Ağcabədi cəngəlliyi

Doğma yerlərə ögey münasibət                        

Şəhərimiz gündən-günə gözəlləşir, müasirləşir. Yaşıllıqlar salınır. Amma bir az gözdən uzaq yerlərə baş çəksən fərqli mənzərələr görərsən. Hətta bəzi yerlərdə cəngəlliklə üzləşərsən… Rayon Təhsil şöbəsinin yanından “Qobu” ilə bərabər kəsə yolla Qarabağ Muğam Mərkəzinə tərəf gedəndə buradakı mənzərə ürək ağrıdır, adamı vahimə bürüyür. Yaxşı olardı ki, şəhərimizin abadlıq və təmizliyi ilə məşğul olan qurumların nümayəndələri şəhərdə mövcud olan belə cəngəlliklərə baş çəkib, oradakı vəziyyətlə yaxından tanış olaydılar. Bəlkə o zaman şəhərimizin bir çox guşələrində mövcud olan belə xoşagəlməz hallara son qoyulardı…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər