6.4 C
Aghjabadi

“Mız” – Məhsəti Musa yazır

Mız qoymaq – yalnız nöqsan axtarmaq, bəyənməmək, belə el dili ilə desək, qəmiş qoymaqdır. Başqa dillərdə buna nə deyirlər bilmirəm, amma bizdə elə qəşəng ad veriblər – mız. Bu, həşəratlardan eşitdiyimiz “Vız” səsinə də oxşayır və təxminən də elə bir şeydir. Həmin vızıltıyla uçan həşəratlardan biri – milçək haqqında da bir misal var ki, özü bir şey deyil, amma qəlb bulandırır. Necə ki, mız qoyanlar da bu işlə məşğuldurlar.

Nə isə, bu mız deyilən bizim canımıza, qanımıza (fikir verin, elə “canımız”, “qanımız”da da bir “mız” var) elə hopub ki, hətta illərdir bir qarışını belə azad edəcəyimizə şübhə ilə yanaşdığımız torpaqlar işğaldan azad olunanda da ona mız qoymağa çalışdıq. “Bircə dəfə Şuşaya ayağım dəysin, ondan sonra ölüm”, yaxud “ondan sonra dərdim qalmaz” deyənlər indi başqa çıxışlar edirlər. İroniyalar, atmacalar bitmir…

Mızqoyanlar hər yerdə, hər sahədə var, addımbaşı ayağa dolaşır,  gündən-günə artıb-çoxalır və öz “missiyalarını” çox böyük həvəslə yerinə yetirirlər. Tutaq ki, illərdir hansısa bir sahədə iş görülmür. Kimsə ayağa qalxır, qol çırmalayır, çökmüş, ölmüş bir işdə heç nədən nəsə yaratmağa çalışır. İlk cəhdini edir. Çatışmazlıqları özü də bilir. Amma zəhmət çəkib o boşluqları dolduracam, ortaya bir iş çıxaracam deyə cəhdlərini davam etdirir. Alın təri ilə, gərgin zəhmət, yuxusuz gecələr hesabına ərsəyə gətirdiyi işə kimsə yaxşı tərəfdən yanaşmır, keçilən çətin yolları, tikanları, məftilləri, imkansızlıqları görmək istəmir və dərhal mızıldamağa, lağ etməyə, qulp qoymağa çalışır. Həm də bunu tək etmir, dərhal ətrafına da özü kimi qəlb bulandıranları toplayır. Vızıltı-mızıltıya qarışır. Əvvəl-əvvəl iş görən şəxs bunlara əhəmiyyət verməməyə çalışır. Lakin getdikcə bu səs onun başına düşür. Vəziyyəti izah etmək istəyir. Amma kimdir onu eşidən? Və təsəvvür edirsiniz, o mızqoyanların içində bir salamat adam olmur. Hamısı uğursuz, heç bir nailiyyəti, heç bir bəhrəli işi olmayan, görünməyənlərdir. Və bu həyatda onların məqsədi birdir. Hamını özləri kimi uğursuz görmək. Bəlkə bu da bir qəlb xəstəliyidir?! Paxıllıq, həsəd kimi, narsizm kimi… Və bəlkə də bunu özləri bilmədən edirlər. Amma nəticənin nə olacağını düşünmürlər. Deyək ki, qarşı tərəfdəki şəxs güclüdür, özünə inamlıdır, bu “mız”lara məhəl qoymadan sonadək gedib özünü sübut edə, işini mükəmməlləşdirə bilir. Lakin bunu hamıya şamil etmək olmur axı. Hamı bu qədər dözümlü olmur ki. Və belə iyrənc atmacalar bəzilərini ruhdan salır, işdən soyudur, illərlə o mızqoyanların bir küncündən yapışmadığı işi o da tullayıb qaçır. Nəticədə yenə boşluq, yenə sükünət, yenə gerilik.

Bu nöqsan axtaranların bəziləri isə “mız”ı tənqidlə qarışdırırlar. Qadan alım, aç lüğəti bax. Mız qoymaq tamamilə ayrı ifadədir, tənqid ayrı. Bunların özünü qarışıq salan adam necə tənqid edə bilər ki? Hətta tənqid edəndə də insafı əldən vermək olmaz. Tutaq ki, eyni ildə bir orta məktəbdən 15 nəfər, digər məktəbdən 5 nəfər ali təhsil müəssisəsinə qəbul olunub. Dərhal hamı hücum çəkir 5 nəfəri qəbul olunan məktəbin rəhbərliyinin üstünə. Amma heç kim müqayisə etmir ki, həmin məktəblərin neçə nəfər məzunu olub. Yəni əgər o 5 nəfər cəmi 10 məzunu olan bir kənd məktəbindəndirsə, həmin müəssisənin uğuru 60 məzunundan 15-i qəbul olunan şəhər məktəbinin uğurundan əlbəttə ki, böyükdür…

Bir sözlə, mız qoymazdan öncə görülən işin hansı şəraitdə, hansı vəziyyətdə, nələrdən keçərək ərsəyə gəldiyini düşünmək lazımdır.

İllər öncə evimizdə anam tez-tez kitablardan şeirlər oxuyar, atamla təhlil edər, fikir mübadiləsi aparardılar. Bir çox müəllifləri də mənə tanıdan məhz onların bu kimi fikir bölüşmələri idi. O vaxt anam bir şeir də oxumuşdu və sonralar bunu tez-tez təkrar edirdi. Müəllifin adını xatırlamıram. Anam da unudub. Bəlkə də misralarda azacıq fərq ola bilər. Amma şeir yadımda belə qalıb:

Heykəltəraş qumdan, gildən
Yaratdı br insanı
Qulpqoyanlar dedilər:
– Bunun nəfəsi hanı?

Bəli, bu qulpqoyanları, mız qoyanları heç inandıqları Allah da razı sala bilməz. Bunlar iş görmək, zəhmət çəkmək, qurub-yaratmaq üçün yox, işləyənləri ruhdan salmaq üçün yaşayırlar sanki. Şair Qismət Rüstəmovun bu günlərdə rastıma çıxan bir fikrində vurğulandığı kimi: “Bəlkə də, milyon cür insan tipi var, amma ikiyə qədər ixtisar etsək, belə alınar: iş görənlər və mız qoyanlar”.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər