22 dekabr 2021-ci il tarixdə Ağcabədi Pedaqoji Kollecində tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin nümayəndələri, kollecin müəllim kollektivi, tələbələr və media mənsubları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşü çıxış nitqi ilə açan kollecin direktoru Mirələm İbrahimli qonaqları salamlayıb və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir N. Gəncəvinin həyatı və yaradıcılığı, həmçinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında məlumat verib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri , ağsaqqallar şurasının sədri Əlizadə Nəcəfov, kollecin müəllimləri Şahin Rəhimov, İldırım Nadirli, MKS-nın direktoru Məhəbbət Əliyeva, şair Gündüz Sevindik Yaxın Şərq mədəniyyətinin inkişafında yeni mərhələ yaradan N. Gəncəvinin elmi görüşlərindən, əsərlərindəki mövzuların bu gün də aktual olmasından geniş şəkildə söhbət açıblar.
Sonda Kollecin və Qarabağ Muğam Mərkəzinin tələbələrinin ifasında şairin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya təqdim olunub.
Rəmziyyə HƏSƏNOVA