Prezidentimizin hər bir addımını alqışlayırıq

         Dekabrın 15-də Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin hazırki vəziyyəti ilə əlaqədar bir çox işgüzar görüşlər keçirdi. Onların içərisində diqqəti cəlb edən ilk öncə Prezidentin NATO-nun baş katibi Yeus Stoltenberq ilə görüşü oldu. Dövlətimizin başçısı inamlı addımlarla tribunaya yaxınlaşıb, NATO-nun baş katibi Y.Stoltenberq ilə birlikdə mətbuat konfransı keçirdi. Cənab Prezidentin sözügedən mətbuat konfransındakı cəsarətli çıxışı mənim diqqətimi xüsusi ilə cəlb etdi. O, tutarlı, elmi, nəzəri, fakt və dəlillərlə  dolu çıxışında NATO ölkələrinə mesajlar verdi. Mətbuat konfransında Prezident Azərbaycanın NATO ilə sıx tərəfdaşlığından, Azərbaycan sülhməramlılarının Əfqanıstanda bu hərbi blokun tərkibində uğurlu iştirakından danışdı. O, NATO üzvü olan 4 Avropa ölkəsinə Azərbaycanın qaz ixrac etməsini, NATO-nun aparıcı üzvlərindən sayılan Türk ordusu ilə birlikdə keçirilən təlimləri xüsusi ilə diqqətə çəkdi.

İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin açılmasının zəruriliyini vurğuladı. Bildirdi ki, əzəli Azərbaycan torpağı olan Zəngəzur dəhlizinin açılması bütün region üçün həyati əhəmiyyət kəsb edir. Dövlət başçısı Zəngəzur dəhlizinin mütləq açılacağını böyük inamla qeyd etdi. Azərbaycan Respublikasının Prezidentinin bu müdrik və uzaqgörən siyasəti bir azərbaycanlı kimi, mənim də ürəyimdən xəbər verdi. Qəlbimdə inam və fərəh hissi yaratdı. Zənnimcə Prezidentimizin bu sözləri hər bir Azərbaycan vətəndaşının ürəyindən keçənlər idi.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər