Qanunsuz ov edən Ağcabədi sakinləri saxlanılıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər