Ramiz Rövşən – 75

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Ramiz Rövşən Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Onun qələmə aldığı poetik nümunələr orijinal dəsti-xətti ilə seçilir. Oxucular tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılanır. Bu günlərdə istedadlı söz ustasının 75 yaşı tamam olub.

Ağcabədi Rayon Mərkəzi Kitabxanasında bu münasibətlə “Həyatsevər insan” adlı tədbir keçirilib. Tədbirdə rayon yazarları, oxucular, mərkəzi kitabxananın əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.

Yığıncaqda rayon mərkəzi kitabxanasının şöbə müdiri İlhamə Musayeva nüfuzlu sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Mərasim iştirakçıları çıxış edərək, R.Rövşən haqqında səmimi ürək sözlərini söyləyib, şeirlərindən parçalar ifa ediblər.

Sonda iştirakçılar Ramiz Rövşənin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləYeniyetmə və gəncləri qoruyaq
Növbəti məqalədəQorxubilməz döyüşçü

Şərhlər