15 dekabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zoom proqramı üzrə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda videkonfrans keçirilmişdir.
Videokonfransda Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşları, Ağcabədi Pedaqoji Kollecinin tələbələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllü gəncləri, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişdir.
Videokonfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barəsində ətraflı danışıb.
Sonra Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov məruzə edərək, dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verilib. O, qeyd edib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Videokonfransda çıxış edən Ağcabədi şəhər 9 saylı tam orta məktəbinin müəllimi Lətafət Sadıqova, M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbinin müəllimi Zeynəb Azadova, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Elvina Qəhrəmanova dini radikalizmlə mübarizədə maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı olduğunu, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmasının vacibliyini və bu sahədə təhsilin xüsusi önəmi olduğunu bildiriblər.
Çıxışlar zamanı xüsusi olaraq qeyd olunub ki, dini ekstremizmə qarşı mübarizədə vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal şəkildə iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər.
“Aran”