Pambıq yığımı davam edir

         Son günlər havaların əlverişsiz keçməsi rayonun pambıqçılıq təsərrüfatlarında yığımın sürətinə ciddi təsir göstərib. Lakin yaranmış vəziyyət pambıqçılarımızı ruhdan salmayıb. Fermerlər bütün imkanları səfərbərliyə alaraq pambıq yığımını inamla davam etdirirlər.

Rayonda fəaliyyət göstərən emal müəssisələrinin qəbul məntəqələrinə hər gün təsərrüfatlar tərəfindən tonlarla məhsul təhvil verilir. Yalnız dekabrın 20-də rayonda 14 tondan çox pambıq tədarük olunub. Fermer təsərrüfatları mövsümün əvvəlindən indiyədək 11 min hektardan artıq əkin sahəsindən 33 min 299 ton “ağ qızıl” istehsal etməyə nail olublar.

Rayonda məhsul yığımı davam edir.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər