Taxıl ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm strateji məhsul hesab edilir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzun fermer təsərrüfatlarında da gələn ilin bol məhsulu üçün geniş payızlıq taxıl əkini kampaniyası həyata keçirilir.
Bu məqsədlə təsərrüfatlarda 32 min hektardan çox əkin sahəsində yüksək aqrotexniki qaydada şumlama tədbirləri görülüb. Dekabrın 20-nə olan məlumata görə, həmin sahələrin 29 min 991 hektarında səpin aparılıb. Onun 19 min 334 hektarını buğda, 10 min 657 hektarını arpa əkini təşkil edir.
Səpin aparılan bütün taxıl əkini sahələrində gələcəkdə yüksək məhsuldarlığa nail olmaq üçün digər zəruri aqrotexniki tədbirlər görülməsi diqqət mərkəzində saxlanılır.
“Aran”