Rayon sakinləri cərimə olunub

Koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını pozan rayon sakinləri cərimələniblər. Yas mərasimini təşkil edən Şənlik kənd sakini Arif Rəhimov, Poladlı kənd sakini Yasin Sadıqov, Minəxorlu kənd sakini Əlizamin Atakişiyev, Salmanbəyli kənd sakini İlham Qasımov, Qaravəlli kənd sakinləri Fəyyaz Bayramov, Süleyman Abbasov, Yeni Qaradolaq kənd sakini Sadiq Səfərovun hər biri 200 manat, Hindarx qəsəbə sakinləri Nurəddin Səlimov 400 manat, Ələkbər Kərimov 200 manat, Qaravəlli kənd sakinləri Bəylər Quliyev, Ziya Bayramov hər biri 300 manat məbləğində olmaqla, inzibati qaydada cərimə olunublar.

Toy mərasimini təşkil edən Ağabəyli kənd sakini Elzamin Kərimov və Hacıbədəlli kənd sakini Sahib Kərimov hərəsi 200 manat, Şahsevən kənd sakini Nadir Əliyev 400 manat, Yeni Qaradolaq kənd sakini Kamil Abdullayev isə 500 manat məbləğində cərimə olunmuşlar.

Bundan əlavə şəhər sakini Əli Hümbətov qapalı məkanda tibbi maskadan istifadə etmədiyinə görə, inzibati protokol tərtib olunmaqla 100 manat məbləğində cərimələnib.

“ Aran “

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com