Şəhidin doğum günü qeyd edildi

         Dekabrın 20-də şəhid Xəyal Həziyevin doğum günü qeyd olunub. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı İlkin Alıyev, şəhər sakinləri, şəhid ailələrinin üzvləri, media mənsubları iştirak ediblər. Onlar ilk öncə şəhid Xəyal Həziyevin Ağcabədi Qəhrəmanlar Parkında yerləşən məzarını ziyarət edib, üzərinə tər gül dəstələri düzüblər. Sonra ziyarət iştirakçıları şəhidin xatirəsinə inşa edilmiş bulaq kopmpleksinin önündə toplaşıblar. Şəhidin yaxınları, doğmaları, döyüş yoldaşları, ağsaqqallar qəhrəman döyüşçü haqqında xatirələrini söyləyib, ürək sözlərini bölüşüblər.

Məlumat üçün bildiririk ki, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Xəyal Həziyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər