YAP Ağcabədi rayon təşkilatı dekabr ayının 22-də Ağcabədi rayon Bayraq muzeyinin iclas zalında “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirmişdir.
Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Rövşən Əhmədov mövzu ilə əlaqədar geniş məruzə etmişdir. Məruzədə qeyd olunmuşdur ki, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələri böyük milli sərvətdir. Müstəqilliyinin bərpasının 30 ilini arxada qoyan Azərbaycanın bu dövr ərzində keçdiyi mübarizə və inkişaf yolunu üç mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin 18 oktyabr tarixindən 1993-cü ilin iyun ayınadək, ikinci mərhələ 1993-2003-cü illəri, üçüncü mərhələ isə 2003-2021-ci illəri əhatə edir.
İlham Əliyev Prezident seçildiyi ilk gündən dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla sıx əlaqələr quraraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün islahatlar və layihələr həyata keçirdi. Regionların sosial-iqtisadi inkişafı üçün Dövlət Proqramları çərşivəsində Azərbaycanın bütün bölgələrində həyata keçirildi. Ölkəmizin xarici borcları azalmağa, valyuta ehtiyatları artmağa başladı. Məktəblər, xəstəxanalar, baxçalar tikilərək, mühüm infrastruktur lahiyələr həyata keçirildi. Əhalinin maddi rifahı yüksəlməyə başladı, ölkədə qeyri-neft sektoru inkişaf etdi, iqtisadiyyatda şaxələnmə həyata keçirildi. Ordu quruculuğunda aparılan islahatlar, onun maddi-texniki təminatının gücləndirilməsi, ordunun şəxsi heyətində ruh yüksəkliyi və qələbəyə inam hissinin gücləndirilməsi 30 ilə yaxın olan işğalda inləyən ərazilərimiz işğaldan azad edilməsi ilə nəticələndi. İndi həmin ərazilərdə bərpa, quruculuq işləri sürətlə həyata keçirir.
Noyabrın 26-da Soçidə, 14-15 dekabrda Brüsseldə keçirilən Avropa ölkələrinin şərq tərəfdaşlığının VI sammitində Zəngəzur dəhlizində dəmir yolunun açılmasına dair razılaşma cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir.
Konfransda ADPU-nun Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mahir Səlimov, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ ofisinin rəhbəri Radə Qafarova, Pedaqoji kollec YAP ərazi ilk təşkilatının sədri Rövşən Bayramov, Ağcabədi şəhər 11 saylı orta məktəbin direktoru Lətafət Əlizadə çıxış edərək, son 18 ildə Azərbaycanın çox böyük nailiyyətlər əldə etdiyini, qələbələrə imza atdığını böyük fəxarət hissi ilə qeyd etdilər.
“Aran”