Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyilə birgə Azərbaycan Uşaqlarının V Forumu keçirilib. Burada respublikanın müxtəlf şəhər və rayonlarını təmsil edən 300 uşaq (150 nəfər birbaşa, 150-si onlayn qoşulmaqla) iştirak edib.
Forumda Ağcabədi rayonunu təmsil edən 3 nəfər Fərid Quliyev, Rəhman Cəfərov və Xumar Məmmədova fəal iştiraklarına görə sertifikatlarla təltif olunublar.
Qeyd edək ki,forum öz fəaliyyətində uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquq və milli qanunvericiliyi əsas götürür.
Rəmziyyə HƏSƏNOVA