Ordu quruculuğu müharibədən sonra da diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 24 dekabr 2021-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər edib.

Dövlət başçısı Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak edərək, geniş nitq söyləyib.

Çıxışında son illər Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salındığını bildirən İlham Əliyev qeyd edib ki, ölkəmizdə hərbi sahəyə böyük diqqət yetirilir. Hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində yaradılmış hərbi hissələr lazımi standartlara cavab verir.

Prezident göstərib ki, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycan Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.

Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

Hadrut əməliyyatının İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik bir əməliyyat olduğunu vurğulayan Prezident qeyd edib ki,strateji əhəmiyyətə malik qəsəbənin işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Lakin Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış, özlərinin etirafına görə, müharibə zamanı onların sayı 10 min nəfər təşkil etmişdir.

Azərbaycan Prezidenti onu da əlavə edib ki, Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirdi. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi işğalçılardan azad olundu. Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və Laçın dəhlizini nəzarətdə saxladı.

Hadrutdan sonra Şuşaya da yol açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı Şuşanı işğalçılardan azad etdilər.

Uzun illər ərzində ermənilər yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi ki, kim-kimdir. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur.

44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Bunu etmək üçün siyasi iradə və güc var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir.

            Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşaya səfəri zamanı məşhur Cıdır düzündə də çıxış edib. Çıxış zamanı qeyd olunub ki, Azərbaycan xalqı işğal altındakı torpaqları azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq.

            Xalq Qarabağı azad etdi. Torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq. Xalq birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.

            Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Şuşadatəşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını təsdiqləyir. Şuşada Cıdır düzündə yenə də Azərbaycan musiqisinin səsi gəlir. “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.

Dövlət başçısı qürur hissi ilə bildirib ki, “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”

Yeri gəlmişkən Prezident İlham Əliyevin ad günlərini bölgələrdə keçirməsi artıq bir ənənəyə çevrilib. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən dövlət başçısı 60 illiyini də Qarabağda-Şuşada keçirib.

“Azəriqaz”: Gələn həftə bir şəhərdə və dörd rayonda sakinlərin müraciətləri dinləniləcək

Gələn həftə daha bir şəhərdə və üç rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.AZƏRTAC xəbər verir ki, aksiya fevralın 6-da saat 11:00-dan...

ANAMA: “Füzulidə ehtimal edilən kütləvi məzarlıqda minalar var”

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var”. “Report”un əməkdaşı xəbər verir ki, bunu ANAMA...

“Qladiator 2” filminin premyera tarixi açıqlanıb

“Paramount” kinostudiyası baş rolu Rassel Krounun canlandırdığı məşhur "Qladiator" filminin növbəti bölümünün premyera tarixini açıqlayıb. AZƏRTAC kinonews.ru saytına istinadla...

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin...

Dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə ötən ilin statistikası açıqlanıb

Ötən il ərzində dövlət orqanlarının rəsmi internet resurslarına ən çox istifadəçi müraciətləri qeydə alınan domenlər məlum olub. Dövlət orqanlarının...

Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar artıq Azərbaycanın Xocavənd rayonundakı...

Fevral-mart aylarında üzüm bağlarında diqqət yetirilməli məqamlar

Soyuq aylarda, xüsusilə fevral-mart aylarında üzüm bağlarında torpağın müəyyən qatında yumşaltma işləri aparılır, səthi hamarlanır, sahə kvartal və qurşaqlara bölünərək, yeni üzümlüklər...

ÜST: Koronavirusun 600-dən çox alt növü var

Hazırda dünyada koronavirusun 600-dən çox alt növü, o cümlədən XBB.1.5 yayılmaqdadır. Xüsusən XBB.1.5 növünün daha geniş yayılacağı gözlənilir. AZƏRTAC...

Ekoloji cinayətə qarşı etirazlar 55 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və...

Şərhlər