Ağcabədidə bir qrup qazilər ziyarət olunub

27 dekabr 2021-ci il tarixdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn “Yeni il” münasibəti ilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsində yaralanmış, hazırda müalicə alan bir qrup qazilər ziyarət olunub. Ziyarət iştirakçıları qazilərin yaşayış şəraitləri və sağlamlıq durumları ilə yaxından maraqlanıb, onlara bayram sovqatları təqdim ediblər. Söhbət zamanı qazilər göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər