Bayram şənliyi təşkil olunub

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ağcabədi şəhər 5 saylı körpələr evi – uşaq bağçasında bayram şənliyi təşkil olunub. Şənlik Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə açıq elan edilib. Bağçanın müdiri Gülşən Həsənova çıxış edərək, uşaqlara sülh və əminamanlıq arzulayıb.

Sonra uşaqlar müxtəlif rəqslər nümayiş etdirib, şam ağacının ətrafında yeni il mövzusunda mahnıların sədaları altında rəqs edib, şeirlər söyləyiblər.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər