Bu gün Ağcabədi Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Görüşdə Mədəniyyət işçiləri və media mənsubları da iştirak ediblər.
Görüşdən öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra rayon mərkəzi kitabxana sisteminin direktoru Məhəbbət Əliyeva yığıncağı açaraq, tədbir iştirakçılarını salamlayıb. Natiq qeyd edib ki, həmyerlilərimiz Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər. Qanlı döyüşlərdə onların bir çoxu həyatlarını Vətən uğrunda qurban verərək, şəhidlik zirvəsinə yüksəlib. Biz bu gün belə qəhrəman oğullarla fəxr edir, qürur duyuruq. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Sonra qəhrəman şəhidlərimiz haqqında xatirələr söylənib. Sonda şəhid övladlarına uşaq yazıçısı Gülzar İbrahimovanın göndərdiyi kitablar və hədiyyələr təqdim olunub, videoçarx nümayiş etdirilib, xatirə lövhələrinin qarşısına çiçək dəstələri düzülüb.
Hüseyn Quluzadə