Uşaqlar uçun yeni il şənliyi

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və yeni il münasibətilə Ağcabədi Regional Mədəniyyət İsarəsinin tabeliyində fəaliyyət göstərən şəhər incəsənət məktəbinin təşkilatçılığı ilə şənlik keçirilib. Rayon mədəniyyət mərkəzində təşkil edilən bayram şənliyində müxtəlif yaşlarda uşaqlar, eləcə də şəhid övladları iştirak edib.

Şənlikdə  yeni ilin gəlişinə həsr olunmuş səhnəciklər, mahnılar uşaqlarda xoş ovqat yaradıb.Eyni zamanda vətənpərvərlik ruhunda olan mahnılar böyük coşqu və alqışlarla qarşılanıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər