34.8 C
Aghjabadi
Çərşənbə axşamı, İyun 28, 2022

Biz azərbaycanlıları birləşdirən əsas dəyər həmrəyliyimizdir

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. 

Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda Dünyanın müxtəlif ölkələrində məskunlaşmış 50 milyondan çox azərbaycanlı soydaşlarımız və xalqımız artıq 30 ildir ki, dekabrın 31-ni – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qeyd edir.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. 

Soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərən ən önəmli hadisələrdən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi idi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərman imzaladı. Bununla da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Yeni fərman müxtəlif ölkələrdə azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ulu öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Hazırda Prezident İlham Əliyev ulu öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Hələ 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Bu birlik 44 günlük şanlı Vətən müharibəsi zamanı özünü daha parlaq şəkildə göründü. Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu. Düşmənə sipər olan qəhrəman, qüdrətli və qalib Ordumuz xalqın həmrəyliyi, mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində tarixi qələbə qazandı.

Xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi günlərində nümayiş etdirdikləri həmrəylik özü də ayrı bir tarix yazdı. Müharibə dövründə erməni diasporunun təsir dairəsinin kifayət qədər güclü olduğu ölkələrdə Qarabağla bağlı həqiqətlərin söyləndiyi çoxsaylı mitinqlərin keçirilməsi heç də asan deyildi. Diaspor təşkilatlarımız güclü həmrəylik göstərərək planlaşdırdıqları tədbirlərin baş tutmasına nail olurdular. Soydaşlarımızın keçirdikləri belə tədbirlərin kifayət qədər çox ölkəni əhatə edirdi. Tovuz döyüşləri zamandan Vətən müharibəsi başlayan günədək dünya azərbaycanlıları ayağa qalxaraq respublikamıza dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçiriliblər. Bundan başqa, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın demək olar ki, hər yerində 26 dildə məlumatlar yayılıb.

44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərimizə maddi dəstək göstərilməsini də diqqətdə saxlayıblar. Könüllü şəkildə yığılan maddi vəsaitlər birbaşa olaraq öz ünvanına çatdırılıb. Soydaşlarımız dövlətimizin dəstəyi sayəsində qardaş və dost xalqların diasporları ilə də səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın çoxəsrlik tarixini yaşadı və nəsillərdən-nəsillərə ötürürlər.

Harada yaşamağımızdan asılı olmayaraq, Vətənimizə olan sevgimizi hər zaman layiqli tərənnüm edək. Unutmayaq ki, tariximiz və gələcəyimiz öz əllərimizdədir. Əziz həmvətənlər, Həmrəylik Gününüz mübarək!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyev

Xəbər lenti

24 iyun Azərbaycanda inkişafın təməl günüdür

                     Azərbaycan  1991-ci ildə özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, Ulu öndərin 1993-cü ilin iyun ayının ...

Biz Qələbəmizi Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq

Iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş...

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Şərhlər