3.1 C
Aghjabadi

Şəhidin doğum günü qeyd olunub

            Yanvarın birində şəhid Samir Mikayıllının doğum günü onun doğulub, boya-başa çatdığı Salmanbəyli kəndində qeyd olunub. Mərasim iştirakçıları şəhidin təhsil aldığı Əlfi Məmmədov adına məktəbdə onun xatirəsinə həsr edilmiş guşə ilə tanış olublar. Sonra onlar Samirin dəfn olunduğu Salmanbəyli kənd qəbiristanlığında məzarına baş çəkib, xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyaraq, onun haqqında, keçdiyi qısa və şərəfli ömür yolundan söhbət açıblar. Şəhid haqqında xatirələrini bölüşən tədbir iştirakçıları kəndin mərkəzində salınmış Samir Mikayıllı adına parkına baş çəkiblər. Burada vaxtı ilə Samirin oxuduğu kənd tam orta məktəbinin direktoru Gülbikə Qəhrəmanova, kənd ağsaqqalı Heydər Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı İlkin Alıyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov çıxış edərək Samir Mikayıllının ömür yolundan və Vətən müharibəsində göstərdikləri rəşadətdən danışmışlar.

            Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı zabiti olan Samir Mikayıllı düşmənlə son nəfəsinə qədər vuruşaraq, Şuşanın azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş və müharibənin başa çatmasına bir neçə saat qalmış minaatan mərmisinin qəlpəsindən ağır yaralanaraq, şəhadətə qovuşmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Samir Mikayıllı ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

            Şəhidlər unudulmur, onların əziz, ölməz xatirələri qədirbilən xalqımızın qəlbində əbədi yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Adil MİSİRLİ

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər