34.8 C
Aghjabadi
Çərşənbə axşamı, İyun 28, 2022

Qazinin doğum günü qeyd olunub

5 yanvar 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətində  Qaravəlli kənd sakini Vətən müharibəsi qazisi Niyaz Bayramlının doğum günü qeyd olunub. 

Doğum  günü ilə əlaqədar keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi qazisini  20 yaşının tamam olması münasibətilə təbrik edib, ona şəxsi həyatında və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonra qaziyə hədiyyə təqdim edilib.  Niyaz Bayramlı göstərilən yüksək diqqət və qayğıya görə dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Qeyd edək ki, 20 yaşı tamam olan qazi 2020-ci ilin yanvarın 8-də hərbi xidmətə çağrılıb. O, Vətən müharibəsi başlananda Füzuli, Qubadlı və Cəbrayıl istiqamətində gedən qanlı savaşlarda igidliklə vuruşub.  Niyaz həmin  döyüşlərin  birində ağır yaralanıb. Onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib.

 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Niyaz Bayramlı “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Qazimiz ordu sıralarından tərxis edildikdən sonra müalicə olunaraq, normal həyata qayıdıb. Hazırda o, Ağcabədi Rayon İcra Hakimiyyətində Müraciətlərə Operativ Baxılma Mərkəzində çalışır.

İgid həmyerlimiz rayonumuzda və respublikada keçirilən bir sıra mühüm tədbirlərdə fəal iştirak edir. O, yaxınlarda Atatürk Universitetinin  idarəetmə fakültəsinə daxil olub, eyni zamanda biatlon idman növü üzrə respublika Parolimpiya Yığma Komandasına üzv seçilib.

Adil Misirli

Xəbər lenti

24 iyun Azərbaycanda inkişafın təməl günüdür

                     Azərbaycan  1991-ci ildə özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, Ulu öndərin 1993-cü ilin iyun ayının ...

Biz Qələbəmizi Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq

Iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş...

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Şərhlər