Ağcabədi rayonunda yeddi yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2015-ci il təvəllüdlü Quliyev Bəylər Mətləb oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.