29.8 C
Aghjabadi
Şənbə, İyun 25, 2022

Bənövşəyi eşqim ( III hissə)

 Günlər bir-birini əvəzlədi,yay tətili bitdi.Dərslər başladı.Hamı – tələbələr də,müəllimlər də böyük həvəslə,enerji ilə yenidən universitetə gedən səkini su yoluna döndərdi.  Ağ köynəkli məktəblilər isə çığırışan ağ qağayılara bənzəyirdilər. Günəşin qucaqladığı küçələr şagird və tələbələrin şən gülüşləri ilə yenidən canlanmışdı.Tətildən sonra ilk dərs günü universitetə gedərkən içimdə qəribə hisslər var idi. Bu, iş yerimə olan sevgi idimi,yenidən işə qayıtmağımın sevinci idimi,anlaya bilmirdim.

   Günləri keçdi. Dərslər başlansa da ədəbi məclisə nədənsə soyuq yanaşılırdı. Daha irəli durub bizi bir yerə toplamaq həvəsi heç kimdə yox idi.Tələbələr bəzən məndən məclisi bərpa etməyi istəsələr də, razılaşmırdım. Məclisi yaradan və rəhbərlik edən Ziya ilə Günəşin oğlu idi. Mən özbaşıma iş görmək istəmirdim. Və yavaş-yavaş şeir məclisini unutmağa başladıq. İclaslarda Günəşin oğlunu görsəm də, bəzən sadəcə salam verir, bəzən də ümumiyyətlə görməməzliyə vururdum. Niyə belə etdiyimin heç bir izahı yox idi…

 Həmin gün də iclasda idik.Yenə onu görməzdən gəlib öz yerimi aldım. Qarşı tərəfdə əyləşən Günəşin oğlunun baxışlarını üzümə dikərək məni salamlamaq istədiyini  hiss etsəm də axmaq eqom nəzərlərimi qaçırmağımı istəyirdi. Həmişəki kimi…

  İclasdan sonra “Facebook” profilimə baxarkən bir məktub gəldi. O idi. Yazmışdı:

“Salam,necəsən? Salamlaşa da bilmirik.Özlədim səni… “

 Özləmək sözü mənə çox doğma gəldi.1990-cı illərdən etibarən krosna aparatları vasitəsilə Türkiyənin televiziya kanallarını izləməyə başlayandan sonra  onların işlətdiyi bir çox ifadələr artıq Azərbaycanda da ümumişlək sözlərə çevrilmişdi…  “Özlədim səni. “ Çox şirin səslənirdi bu kəlmə… Səmimi,dostcasına yazılmış qısa  məktub idi. Onun səmimiyyəti xoşuma gəldi və bu an bir şeyi anladım.Əslində bəlkə də  Günəşin oğluna salam verməməyimin səbəbi onun özündənrazı görünüşüdür. Hətta rastlaşarkən mənə qarşı səmimi olmağa çalışsa belə, nə isə  maqnitin tərs üzü kimi məni geri itələyirdi.

 Mən də yazaraq onu salamladım.Və cavab gəldi :

“Yaxşı ol.Sadəcə salam verib salam almaq istədim”

    Özümü danlamağa başladım. Günəşin oğlu bu qədər səmimiyyət göstərirkən niyə mən onu hələ də eqoist birisi kimi görürdüm? Axı onun məclislərimizdəki söhbətləri, dünyagörüşü,fəlsəfi düşüncəsi, ədəbiyyata baxışı məni tamamilə başqa bir adama “çevirmişdi”. Axı məhz onun təsiri ilə içimdəki məni tapa bilmişdim, ənənəvlikdən qaçmış, üfüqlərə can atmış, yeni dünya kəşf etmiş və bunun müqabilində özlüyümdə ona  “Günəşin oğlu” adı vermişdim. Bəs niyə məclislərə ara verdikdən sonra ondan qaçmağa can atırdım? Bəs niyə ona salam verməmək üçün hər vasitədən istifadə edirdim? Onun gücü idimi məni qorxudan? Bəlkə də…   Bir həqiqət var ki, biz Günəşsiz yaşaya bilmərik. Günəş həyatdır. Amma eyni zamanda onun yandırıcı şüalarından da qorunuruq… Yanmaqdan qorxuruq…

 Çox düşündüm, özümü çox qınadım və onun bu səmimiyyətinin qarşısında açığı utandım. Əslində ən böyük eqoistin  özüm olduğumu düşündüm.  Nə olursa olsun,növbəti dəfə Günəşin oğlu ilə  rastlaşarkən artıq dostcasına görüşəcəyimə əmin idim.

Qəmər Ayatam 

Xəbər lenti

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Şərhlər