Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağcabədi rayonunun Rəncbərlər kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yolu keçən kənd sakini Ədalət Məmmədov rayon sakini İ.Maşallahlının idarə etdiyi “VAZ-21015” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər