Xatirələri əbədiləşdirildi

Rayonumuzda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam edir.

Yanvarın 3-də rayonun Hindarx qəsəbəsində I Qarabağ müharibəsi şəhidləri Münasib və Polad Əliyevlərin xatirəsini əbədiləşdirən abidə bulaq kompleksinin açılışı olub. Açılışda rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, rayon sakinləri iştirak ediblər. Əvvəlcə iştirakçılar tərəfindən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, qəsəbə sakinləri çıxış edərək I Qarabağ müharibəsi şəhidləri Münasib və Polad Əliyevlərin keçdikləri mənalı həyat yolu, igidlikləri barədə söhbət açıb, öz xatirələrini bölüşüblər.

“Aran”

Şərhlər