Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2021-ci ildə uğurlu nəticələr əldə edilib.
Rayon Statistika İdarəsindənə bildirilib ki, ötən il 26 min 879,6 hektar sahədə taxıl becərən ağcabədili fermerlər 105 min 556 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 39,26 sentnerdir.
2021-ci ildə rayonda, həmçinin 2262,7 hektar qarğıdalı, 19 hektar darı, 1199,1 hektar soya, 11 min hektar pambıq, 329,9 hektar şəkər çuğunduru, 86,8 hektar kartof, 790 hektar tərəvəz, 407 hektar bostan bitkiləri becərilib. Sahələrdən 15 min 654,4 ton qarğıdalı, 38,2 ton darı, 1585,8 ton soya, 8494,9 şəkər çuğunduru, 1100,6 ton kartof, 29 min 44,1 ton tərəvəz, 9961,3 ton bostan məhsulları, həmçinin 13 min 237,3 ton meyvə, 2798 ton üzüm əldə olunub.