Ağcabədidə karate-do idman növü üzrə Əməkdar məşqçi ilə məktəblilərin görüşü keçirilib

Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbdə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində karate-do idman növü üzrə Əməkdar məşqçi, 4-cü İslam Həmrəyliyi Oyunlarının hakimi, yetirmələri dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Eldəniz Qənbərov ilə məktəblilərin görüşü keçirilib. Görüş Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq təşkil edilib.

Məktəbin direktoru Lətafət Əlizadə və rayon təhsil şöbəsinin metodisti Tofiq Zeynalov çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıblar. “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəmi olduğu vurğulanıb.

Eldəniz Qənbərov idmanda qazandığı uğurlar barədə iştirakçılara ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər