Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci il dönümü münasibəti ilə “20 Yanvar Qan Yaddaşımızdır” adlı sərgi təşkil edilib. Sərgidə qanlı Yanvar faciəsi ilə əlaqədar fotoşəkillər, kitab və albomlar nümayiş etdirilir. Pandemiya qaydaları gözlənilməklə istənilən şəxslər həftə ərzində saat 09:00-dan 18:00-dək sərgiylə tanış ola bilərlər.