Son illər respublikamızda pambıqçılığın inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılır. Görülmüş tədbirlər nəticəsində bu gəlirli təsərrüfat sahəsində uğurlu nəticələr qazanılıb. Ölkənin iri pambıqçılıq bölgələrindən olan Ağcabədi rayonunda da bu istiqamətdə mühüm addımlar atılıb.
Hər il olduğu kimi 2021-ci il də Ağcabədi rayon pambıqçıları üçün uğurlu olub. Sözügedən təsərrüfat ilində rayonda fəaliyyət göstərən fermerlər tərəfindən 11 min hektardan çox əkin sahəsində “ağ qızıl” yetişdirilib. Yığım zamanı maşınlara geniş meydan verilib. Havaların nisbətən əlverişsiz keçməsinə baxmayaraq, istehsalçılar minbir əziyyət bahasına yetişdirilmiş bol məhsulun toplanılıb təhvil verilməsi üçün əllərindən gələni əsirgəməyiblər. Necə deyərlər, çəkilən zəhmət öz bəhrəsini verib. Pambıq yığımını başa çatdıran fermer təsərrüfatları mövsüm ərzində 33 min 429 tondan çox məhsul istehsal ediblər. Hər hektardan məhsuldarlıq 30,4 sentner təşkil edib. Ağcabədi şəhərində, Şənlik, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Kəhrizli, Mehrablı, Hüsülü, Kəbirli, Pərioğullar kəndlərində fəaliyyət göstərən fermerlər yığımda daha çox fərqləniblər.
“Aran”