Vaksinasiya tədbirləri diqqət mərkəzindədir

Respublikanın bütün bölgələrində olduğu kimi rayonumuzda da vaksinasiya kompaniyası davam etdirilir. Bununla əlaqədar olaraq, rayon sakinləri Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə olunur. Onların sağlamlıq durumlarında heç bir problem aşkar edilmədikdə müvafiq vaksinasiya tədbirləri həyata keçirilir.

Rayon sakinlərinin peyvəndlənmə tədbirləri adıçəkilən mərkəzi xəstəxanada, qəsəbə və kəndlərdə fəaliyyət göstərən tibb məntəqələrində həkim briqadaları tərəfindən aparılır.

Bugünədək Ağcabədi rayonunda 162 min 774 nəfər sakin peyvənd olunmuşdur ki, bunun 100 min 329 nəfəri I doza, 62 min 445 nəfərini II doza təşkil edir. Əlavə olaraq gücləndirici III doza üzrə 29 min 479 nəfər vətəndaş peyvənd olunub. Qeyd edək ki, peyvənd olunanların 15 min 257 nəfərini 65 yaşdan yuxarı, 47 min 663 nəfərini 50-64 yaş, 28 min 863 nəfərini 40-49 yaş, 36 min 152 nəfərini 30-39 yaş arası, 34 min 839 nəfərini isə 30 yaşdan aşağı şəxslər təşkil edib.

Yaşlı və xəstə rayon sakinlərinin peyvənd olunması səyyar həkim briqadaları tərəfindən evlərdə həyata keçirilir.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com