7.5 C
Aghjabadi

Ağcabədidə növbəti suvarma mövsümünə hazırlıq görülür

Ağcabədi rayonunda növbəti suvarma mövsümünə hazırlıq görülür.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, Ağcabədi Suvarma Sistemləri İdarəsi Ağcabədi rayonunda 63 min hektar suvarılan torpaq sahəsinə xidmət edir. Ötən il Ağcabədi rayonunun müxtəlif ərazilərində əkilən kənd təsərrüfatı bitkiləri öz axını və nasos stansiyaları vasitəsi ilə suvarılıb. Bu il də növbəti suvarma mövsümünə hazırlıq məqsədilə Ağcabədi Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejiminə keçib. İdarənin balansında olan 52 ədəd nasos stansiyasının hər birinə baxış keçirilib və nasaz nasos aqreqatları təmir olunaraq yenidən istifadəyə verilib. Bundan başqa, əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəyən subartezian quyuları da işlək vəziyyətdə saxlanılır.

Ağcabədi rayonunda əkin aparılacaq olan sahələrin hər birinə suvarma suyunun itkisiz çatdırılması üçün ötən il torpaq məcralı kanallarda lildən təmizləmə işləri görülüb və bu işlər 2022-ci ildə də davam etdirilir. O cümlədən idarənin balansında olan kollektor drenaj şəbəkələrində də bu proses paralel olaraq aparılır. Drenaj şəbəkələrinin lildən təmizlənməsi isə uzun müddət əkin aparılmayan torpaqların münbitləşməsinə gətirib çıxarır. Qeyd edək ki, Ağcabədi Suvarma Sistemləri İdarəsinin balansında 2261 kilometr suvarma kanalları, 1365 kilometr isə kollektor drenaj şəbəkəsi var.

Rayonda əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, Araz çayının qolu olan Xan qızı kanalı və subartezian quyularıdır.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər