Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayonunda yerləşən “Atena” süd emalı zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, tədbirdə istehsal sahələrində yanğın təhlükəsizliyi normaları, həmçinin həmin obyektdə yanğına qarşı tələblər barədə məlumat verilib.
Bundan başqa, müəssisə ərazisinin istifadəsiz tullantılardan mütəmadi təmizlənməsinin, yanğınxəbərverici siqnalizasiya qurğularının və daxili yanğın su kranlarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, təxliyə planı barədə izahedici söhbətlər aparılıb. Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əməkdaşlara əyani şəkildə izah edilib.