Yanvarın 17-də Ağcabədi rayonunun Bayraq muzeyində YAP Ağcabədi rayon təşkilatı ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirmişdir. Yığıncağı YAP Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyası üzvlərinin üzvlük haqlarının məbləği və ödənilməsinin yeni Qaydası ilə əlaqədar məlumat verib. Natiq cari ilin yanvar ayından başlayaraq, ilk təşkilatların öz işlərini yeni Qaydaların tələbləri əsasında qurulmasının zəruriliyini qeyd edib.
Tədbirdə 2021-ci ildə ərazi ilk təşkilatları tərəfindən üzvlük haqlarının ödənilməsi, vəziyyəti YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi sahəsində görülən işlər və cari məsələlərdə ətraflı müzakirə edib.
Yığıncağın sonunda Rövşən Əhmədov ərazi ilk təşkilatlarını öz fəaliyyətlərini Yeni Azərbaycan Partiyasının VII qurultayında qarşıya qoyulan tələblər, YAP Mərkəzi Aparatının müvafiq tövsiyələri əsasında quracaqlarının əminliyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bütün ərazi ilk təşkilatlarında tədbirlər keçirilməsi barədə müvafiq tapşırıqlarını verib.
YAP Ağcabədi rayon təşkilatının
baş məsləhətçisi: Ramil Nağıyev