Qəhrəmanlıq salnaməsi

ADPU-nun Ağcabədi filialında  dəyirmi masa keçirilib

Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında Qanlı Yanvar faciəsinin 32-ci il dönümü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə ADPU-nun Ağcabədi filialının müəllim kollektivi və  tələbələr iştirak ediblər. 

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən tədbirdə əvvəlcə iştirakçılar şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   

Tədbiri giriş sözü ilə açan filialın təlim- tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov 1990-cı ildə xalqımızın başına gətirilən müsibətlərdən, dinc əhaliyə qarşı törədilən vəhşiliklərdən, insanların azadlıq mübarizəsindən və bu hadisə zamanı şəhid olmuş oğul və qızlarımızın müstəqilliyimizin əldə olunmasındakı fədakarlıqlarından söz açıb.

Sonra çıxış edən tarix kafedrasının dosenti  Baxış Ələsgərov, idman müəllimi  Qələndər Xıdırov, pedaqogikaüzə fəlsəfə doktoru Tahir Kərimli qeyd ediblər ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli facilərindən biri olmaqla yanaşı həm də şərəfli səhifəsidir. 
​Tədbirin sonunda 20 yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Şərhlər