Ağcabədi Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar hadisəsi təkcə faciə deyil, eyni zamanda xalqımızın azadlıq istəyi,  öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Ağcabədi Pedaqoji Kollecində Qanlı Yanvar faciəsinə həsr olunmuş tədbirkeçirilib. Kollecin müəllim və tələbələrinin qatıldıqları tədbirdə  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaq zamanı Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, dil-ədəbiyyat müəllimi Şahin Rəhimov, tələbələrdən Aysun Piriyeva və Kəbirə Qasımzadə 1990-cı ildə baş verən hadisələr, bu dövrdə mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması,  eyni zamanda xalqımızın tarixinə qəhrəmanlıq və mübarizə günü kimi yazılmasından söz açıblar.

Sonda kollecin tələbələrinin ifasında şeirlər səsləndirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com