Ağcabədidə 20 Yanvar faciəsi şəhidlərininxatirəsi anılıb

Respublikamızın bütün bölgələrində olduğu kimi Ağcabədidə də 20 Yanvar faciəsi şəhidlərinin anım günü qeyd olunub. 

Anım mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,məktəblilər,müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Ağcabədi rayon Hindarx qəsəbəsində Şəhidlər Xiyabanı, sonra Muğanlı kəndindəki Qəhrəmanlar parkı ziyarət edilib.  Daha sonra Ağcabədi Qəhrəmanlar parkına gələn ziyarətçilər tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi, I və II Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. 
Saat 1200-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, səhər saatlarından başlayan ziyarət davam edir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər