Cərimə olundular

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mövcud  karantin qaydalarını pozan şəxslər cərimələnib.

Belə ki, yas mərasimi təşkil edən Qaradolaq kənd sakini Ruzigar Qarayev, şəhər sakini Vüsal Muxtarov, N.Nərimanov küçəsində yaşayan Etibar Mamedov, Təzəkənd kənd sakini Yusif Məmmədov hər biri 200, toy mərasimi təşkil edən  İmamqulubəyli kənd sakini Bəxtiyar İbrahimov isə 400 manat məbləğində cərimə olunublar.

Şərhlər