13.5 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

İbiş bəy Mirzə Cəlili ölümdən necə xilasetdi?

Azərbaycanın ilk maarifçi qadınlarından, tanınmış ziyalı, ictimai xadim, xeyriyyəçi Həmidə xanım Cavanşir görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin sədaqətli həyat yoldaşı olub. Onlar 25 il ərzində gözəl bir ailə həyatı yaşayıblar.

Həmidə xanım layiqli ömür-gün yoldaşı olmaqla bərabər,mübarizə dolu həyat yollarında Mirzə Cəlilə həm silahdaş,həm də xeyirxah bir insan kimi dayaq durub, yaxından köməklik göstərib. «Molla Nəsrəddin» jurnalının nəşr olunmasında və geniş yayılmasında onun xidmətləri əvəzsizdir.

Həmidə xanım 1873-cü ildə indiki Ağcabədi rayonunun Kəhrizli kəndində dövrünün qabaqcıl ziyalılarından sayılan məşhur tarixçi Əhməd bəy Cavanşirin ailəsində dünyaya göz açıb. O, yüksək ailə təhsili alaraq, rus dilini mükəmməl öyrəndiyi  üçün yaşıdlarından fərqlənib, sayılıb-seçilib, böyük hörmət qazanıb.Həmidə xanım Cavanşir çox gənc ikən hərbçi, polkovnik İbrahim bəy Davatdarovla ailə qurub. Onların iki övladı dünyaya gəlib. Lakin çox keçməyib, İbrahim bəy qəflətən vəfat edib. Bu səbəbdən də Həmidə xanım uşaqlarını da götürüb Kəhrizliyə qayıdıb və burada atasına məxsus təsərrüfatı idarə etməyə başlayıb.Böyük maarifpərvər qadın həmin illərdə şifahi xalq ədəbiyyatı nümunələrini, bir çox müəlliflərin əsərlərini toplayıb, uşaqlara yazıb-oxumağı öyrədib. O, atası Əhməd bəy Cavanşirin balacalar üçün qələmə aldığı mənzum hekayələrdən və tərcümələrdən ibarət əsərlərini bir yerə yığaraq nəşr etdirmək qərarına gəlib. Bu məqsədlə 1905-ci ildə Tiflis şəhərinə gələrək həmin əsərləri «Qeyrət» mətbəəsinə təqdim edib. O, burada qüdrətli söz ustası Cəlil Məmmədquluzadə ilə tanış olub, iki ildən sonra isə onunla ailə qurub.

H.X.Cavanşir Mirzə Cəlil ilə birgə yaşadığı illərdə Kəhrizlidə tibb məntəqəsi, toxuculuq emalatxanası, məktəb açdırıb, dəyirman tikdirib. Maraqlıdır ki, sözügedən məktəb sovetlər dönəmində də uzun illər fəaliyyət göstərib. Onun binası 2005-ci ildə təmir olunaraq, Həmidə xanım Cavanşirin ev muzeyinə çevrilib.

Həmidə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin təşkilatçılarndan biri kimi də geniş xeyriyyə tədbirləri həyata keçirib, daim insanlara kömək əli uzadıb. O, 1911-ci ildə ağır xəstə olan Mirzə Ələkbər Sabirin müalicəsi üçün əlindən gələni əsirgəməyib.Çoxşaxəli fəaliyyətə malik fədakar qadın 1912-ci ildə Zaqafqaziya pambıqçılarının qurultayında iştirak edərək bu təsərrüfat sahəsinin inkişafı üçün faydalı təkliflər irəli sürüb. Təsadüfi deyildir ki, Qarabağda pambıqçılığın yayılması onun adı ilə bağlıdır.Sonralar Bakıya köçən Həmidə xanım «Molla Nəsrəddin» jurnalının nəşrində Cəlil Məmmədquluzadəyə daha yaxından yardımlar edib. O, Mirzə Cəlil vəfat etdikdən sonra ədibin həyat və yaradıcılığının tədqiqi, tərcüməsi və çap məsələləri ilə geniş məşğul olub. Həmidə xanımın «Xatirələrim» adlı əsəri Azərbaycan memuar ədəbiyyatının ən gözəl nümunələrindən sayılır.

Sovet hakimiyyəti illərində bəy və zədəgan nəslinin nümayəndələri repressiyalara, təzyiqlərə məruz qalıb, təqiblərlə üzləşiblər. Bu səbəbdən Həmidə xanımın qohumları da təqib olunublar. Cavanşirlər nəslinə mənsub bir çox ailələr həmin dövrdə Kəhrizlidən köçüb-getmək, başqa ərazilərə sığınmaq məcburiyyətində qalıblar.Həmidə xanım Cavanşirin əmisi oğlu İbiş bəyin oğlu Aslan da sovet təqibindən qorunmaq məqsədi ilə ailəsini götürüb Pərioğullar kəndinə pənah gətirib. Aslanın nəvəsi, Pərioğullar kənd sakini, nüfuzlu ziyalı Vaqif İbişovun dediklərinə görə, atası Kamal kişi övladlarına sovet rejimi tərəfindən zərər yetirilməsin deyə, uzun illər Həmidə xanımla qohumluq əlaqələrini gizlədib. Lakin çox sonralar o, Həmidə xanım Cavanşirin əmisi oğlu İbiş bəyin nəvəsi olduğunu övladlarına bildirib. Hazırda onun bütün ailə üzvləri İbişov soyadını daşıyırlar.

Vaqif İbişovun anası Günəş xanım da söhbətlərində II Cahan savaşından sonra yaranmış qıtlıqla əlaqədar Kəhrizliyə getdiyini, həyat yoldaşının yaxın qohumu Həmidə xanımla tez-tez görüşdüyünü, ondan yardım və köməkliklər aldığını bildirib. Günəş xanımın dediklərinə görə, bir dəfə Kəhrizliyə dəyirmanda dən üyütməyə gedərkən ailənin böyük oğlu Ələsgəri də özü ilə aparıb. Həmidə xanım onları sevinclə qarşılayıb. Ələsgərin xətrini çox istədiyi üçün saçını sığallayıb üzündən öpərək deyib ki, dərslərini yaxşı oxu,səni Bakıya aparıb özüm oxutduracam. Təəssüf ki, 1955-ci ildə vəfat etməsi səbəbindən Həmidə xanımın  bu niyyəti baş tutmayıb. Ələsgər  orta məktəbi bitirdikdən sonra Gəncədə ali təhsil alıb, ailə qurub, uzun illər orada yaşayıb, məsul vəzifələrdə çalışıb. O, heç vaxt Həmidə xanımı unutmayıb. Odur ki,bu xeyirxah insan haqqında kitab yazıb çap etdirmək fikrində olub. Ancaq ömür vəfa qılmayıb, Ələsgər vəfat edib.

V.İbişov söhbət zamanı  maraqlı bir əhvalatdan da söz açıb. Onun sözlərinə görə, atasının babası İbiş bəy öz mə–rdliyi və igidliyi ilə Qarabağda  ad çıxarıb. Cəsur və qorxubilməz İbiş bəy Cavanşir bir dəfə Mirzə Cəlili ölümdən qurtarıb. Həmidə xanımdan narazı olan silahlı şəxslər ondan qisas almaq üçün həyat yoldaşı Cəlil Məmmədquluzadəni  faytonla Kəhrizlidən Yevlağa gedərkən öldürmək qərarına gəliblər. Məsələdən vaxtında xəbər tutan İbiş bəy öz dəstəsi ilə yetişib, bu müdhiş planın qarşısını alıb. Beləliklə, Mirzə Cəlil ölümdən xilas edilib. Həmin hadisə Həmidə xanım Cavanşirin qələmə aldığı məşhur» Xatirələrim» kitabında da əksini tapıb.

Yəhya PAŞAZADƏ

Əvvəlki məqaləTəcrübə üçün səfər et
Növbəti məqalədəCərimə olundular

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər