Bu günlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları və könüllüləri “Aran” qəzeti redaksiyasının yaradıcı kollektivi ilə görüş keçiriblər.
“Təcrübə üçün səfər et” layihəsi çərçivəsində həyata keçirilən sözügedən görüş zamanı gənclər əvvəlcə “Aran” qəzetinin fəaliyyəti və redaksiya kollektivinin iş prinsipi ilə yaxından tanış olublar. Burada könüllülərə “Aran” qəzetinin nəşr tarixi, müxtəlif dövrlərdəki fəaliyyəti haqqında geniş məlumat verilib.
Sonra gənclər “Aran” qəzetinin nəzdində yaradılmış “aranqazeti.az” saytı və “Aran Ağcabədi Tv” nin gördüyü işlərlə də tanış olublar.
“Aran”