Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam edir. Rayon mərkəzi xəstəxanasında peyvənddən öncə, sakinlərin müayinədən keçirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək bölgədə cəmi 67 min 759 nəfər I, 62 min 425 nəfər II, 30 min 512 nəfər III doza üzrə peyvənd olunub. Peyvənd kampaniyasını səmərəli təşkil etmək üçün rayonun qəsəbə və kəndlərində fəaliyyət göstərən tibb məntəqələrində sakinlərə həkim briqadaları tərəfindən xidmət göstərilir. Qeyd edək ki, yaşlı, hərəkət məhdudiyyəti olan şəxslərə vaksin vurulması evlərdə təşkil olunur.