Ağcabədi Uşaq Gənclər İdman Şahmat məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə oğlan və qızlar arasında keçirilən yarışda 8-10, 10-12, 12-14, 14-16 yaş qrupları üzrə ümumilikdə 65 nəfər şahmatçı iştirak edib.
Qalib şahmatçılara diplomlar təqdim edilib.