17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

Ağcabədinin Sarıcalı kəndində inşa edilən yeni məktəb binası istifadəyə verilib

Yanvarın 21-də Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina istifadəyə verilib. Binanın tikintisi Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 4 iyun 2020-ci il tarixli Sərəncamına əsasən həyata keçirilib.

Məktəb binasının açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. 

Qonaqlar öncə Ulu öndər Heydər Əliyevin Ağcabədi rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsini ziyarət edərək  önünə tər çiçəklər düzüblər.

Sonra Sarıcalı kəndinə gələn mərasim iştirakçıları sözügedən məktəbin qarşısında şəhid Müşfiq Uluxanovun büstünü ziyarət edib və  təhsil ocağında yaradılmış  şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, iki mərtəbə və zirzəmidən ibarət yeni məktəb binasında 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq,  informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə,  internetlə, lazımi inventar və avadanlıqlarla təmin olunub. Məktəbin həyətində idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Qeyd edək 2021-2022-ci tədris ilində təhsil müəssisəsində 312 şagird, məktəbəhazırlıq qrupunda isə 19 uşaq  təhsil prosesinə cəlb olunub. Məktəbdə 31 nəfər pedaqoji işçi çalışır.

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər