2.7 C
Aghjabadi

Azərbaycanda pambıq sahəsi üzrə – İLK AQRAR SIĞORTA ÖDƏNİŞİ AĞCABƏDİDƏ EDİLİB

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə pambıq sahələri üzrə ilk aqrar sığorta ödənişi edilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, ölkənin ən böyük pambıq istehsalçılarından olan “MKT İstehsalat Kommersiya” MMC-nin müxtəlif rayonlardakı pambıq əkini sahələri Aqrar Sığorta Fondu tərəfindən sığorta edilib.

Bitki xəstəlikləri nəticəsində şirkətin Yevlax rayonu Aran qəsəbəsində yerləşən, sahəsi 15 hektar olan pambıq sahəsinə və Ağcabədi rayonunun Şənlik kəndinda yerləşən ümumi sahəsi sahəsi 41  hektar olan pambıq sahəsinə zərər dəymişdir.

Aqrar Sığorta Fondu və “MKT İstehsalat Kommersiya” MMC arasında imzalanmış müvafiq müqaviləyə uyğun olaraq, baş vermiş sığorta hadisəsi üzrə “MKT İstehsalat Kommersiya” MMC-yə 17 min 834 AZN və 7 min 116 AZN olmaqla ümumilikdə 24 min 950 AZN ödəniş edilib.

Bu – Azərbaycanda dövlət dəstəkli aqrar sığortanın tətbiqindən sonra pambıq sahələri üzrə ilk sığorta ödənişidir. Sığorta ödənişi ilə bağlı olaraq 21 yanvar 2022-ci il tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq emalı zavodunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun və “MKT İstehsalat Kommersiya” MMC-nin rəhbərliyi, Ağcabədi DAİM və digər dövlət qurumlarının nümayəndələri, əkinçilik və digər sahələrdə fəaliyyət göstərən fermerlər və iş adamları iştirak edib.

Tədbirdə qeyd edilib ki, Azərbaycanda 2020-ci ilin sonundan fəaliyyətə başlayan dövlət dəstəkli aqrar sığorta çərçivəsində ümumilikdə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Sığortalanan pambıq sahələri isə 10,5 min hektardan artıqdır.

Aqrar sığorta əkin sahələri ilə bağlı dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri üzrə təminat verir.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir.

“Nazirlər Kabinetinin müvafiq qərarları ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı 14-dən 41-ə qaldırılıb, nəticədə ölkədəki əkin sahələrinin 95%-ni sığortalamaq mümkündür. Bu gün həyata keçirilən sığorta ödənişi göstərir ki, aqrar sığorta kənd təsərrüfatı sahəsində biznesin dayanıqlığına dəstək verməyə başlayıb. Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi və dövlət təminatı nəticəsində aqrar sığorta fermerlər üçün sərfəli və etibarlı alətə çevrilib”.

Tədbirdə çıxış edən “MKT İstehsalat Kommersiya” MMC-nin İdarə heyətinin üzvü və Baş əməliyyat direktoru Vüqar Ağayev təmsil etdiyi qurumun aqrar sığorta mexanizminin fəaliyyətindən məmnun qaldığını bildirib. Onun sözlərinə görə, “MKT İstehsalat Kommersiya” MMC ölkənin müxtəlif bölgələrində pambıq sahələri və pambıq emalı zavodları mövcuddur.

Etibarlı sığorta mexanizminin işə düşməsi və ödənişlərin verilməsi isə “MKT İstehsalat Kommersiya” MMC ilə yanaşı, bu sahədə fəaliyyət göstərən çoxsaylı yerli fermerin də risklərdən qorunmasına kömək edəcək. 

Tədbir çərçivəsində Ağcabədi DAİM-in dəstəyi ilə yerli fermerlərlə görüş də keçirilib. Onlara aqrar sığorta mexanizmi, onun faydaları, heyvandarlıq və  bitkiçilik məhsullarının sığortası şərtləri barədə geniş məlumat verilib, sualları ətraflı cavablandırılıb.

Mənbə: marja.az

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər