17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

İctimai Şura fəaliyyətini genişləndirir

         Son illər respublikamızda ictimai rəyin nəzərə alınması, dövlət idarəçiliyində və quruculuq işlərində onun rolundan səmərəli istifadə edilməsi istiqamətində önəmli addımlar atılır. Ölkədə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizminin yaradılması və inkişaf etdirilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş vətəndaşların idarəetmədə və qərarların qəbul edilməsində iştirak hüququnun təmin olunması ilə əlaqədar respublikamızda belə bir addımlar atılıb. Konstitusiyanın 55-ci maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının hər bir vətəndaşı dövlətin idarə olunmasında, iştirak etmək hüququna malikdir. Hər kəs birbaşa və ya öz nümayəndələri vasitəsi ilə bu hüququ reallaşdıra bilər. Mövcud qanunvericiliyə əsasən vətəndaşların idarəetməyə cəlb olunması bir sıra hüquqi mexanizm vasitəsi ilə həyata keçirilir. Onların sırasında İctimai Şura xüsusi yer tutur. İctimai Şura icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədi ilə yaradılmış birlikdir. Qurum “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təsis olunub və ictimai əsaslarla fəaliyyət göstərir.

İctimai Şura mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil edir. O, eyni zamanda qəbul olunmuş qərarların icrasında vətəndaşların qanuni maraqlarının nəzərə alınaraq yerinə yetirilməsinə xidmət edir.

Respublikamızın hər yerində olduğu kimi, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair “Əsasnamə”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinun qərarına uyğun olaraq Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura təsis olunub.

Üzvlərin iştirakı ilə 16  sentyabr 2021-ci il tarixdə keçirilən səsvermədə rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri, müavinləri və katibi seçilib. 4 oktyabr 2021-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov İctimai Şura üzvlərini qəbul edib, onlara fəaliyyətlərində uğurlar diləyib.

Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura fəaliyyətə başladığı dövrdən etibarən, qarşıda duran vəzifələr, onların icrası üçün hazırlanmış fəaliyyət planına uyğun olaraq, müvafiq işlər həyata keçirib. Şura üzvləri ötən dövr ərzində müxtəlif tədbirlərdə iştirak edib, rayon sakinlərinin müraciətlərinə və təkliflərinə baxılması və yerinə yetirilməsi üçün lazımi addımlar atıblar. Şuranın fəaliyyətinin səmərəli təşkil edilməsi məqsədi ilə zəruri məlumatların əldə olunması, iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətlərin aparılması daim diqqət mərkəzində saxlanılıb. Rayon əhalisinin ictimai nəzarətə cəlb edilməsi başlıca vəzifə hesab olunub. Bununla əlaqədar olaraq, rayonun ayrı-ayrı inzibati ərazi vahidlərində əhali ilə görüşlər keçirilib, İctimai Şuranın vəzifələri və fəaliyyəti istiqamətində geniş məlumatlar verilib. Bunlarla yanaşı, ictimai rəyi öyrənmək məqsədi ilə sakinlər arasında müvafiq sorğular aparılıb.

İctimai Şura cari 2022-ci ildə də geniş tədbirlər həyata keçirməyi planlaşdırıb. Vətəndaşların rəylərinin öyrənilməsi, onların rayon icra hakimiyyətinin fəaliyyətinə cəlb edilməsi üçün hərtərəfli tədbirlər nəzərdə tutulub. Ağcabədi Rayon İcra Hakimiyyətinin yanında fəaliyyətində aşkarlığın, şəffaflığın, dürüstlüyün və ədalətin bərqərar olunması üçün bütün imkanlardan istifadə olunacaq. Korrupsiya və rüşvət hallarının qarşısının alınmasında da ictimaiyyətin rolundan yararlanmaq üçün zəruri tədbirlər görüləcək. Tərəflər arasında qaşılıqlı hörmətin, əlaqələrin təmin olunmasına da xüsusi diqqət ayrılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət işlərinin idarə olunmasında, qərarların qəbul edilməsində və icrasında ictimaiyyətin fikirlərinin roluna xüsusi önəm verir. Bütün işlərdə ictimai nəzarətin geniş tətbiq olunmasının zəruriliyini qeyd edən dövlət başçısı bu sahədə İctimai Şuraların xidmətlərini yüksək dəyərləndirir. Cənab Prezident bütün görüşlərində, müsahibələrində, çıxışlarında ictimai rəyin öyrənilməsinə və onun təmin olunmasına tələbkarlıqla yanaşır, qarşıya mühüm vəzifələr qoyur.

Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura bundan sonra fəaliyyətini daha da genişləndirəcək, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanları səfərbərliyə alacaq.

Vaqif Qarayev,

Ağcabədi Rayon İcra

Hakimiyyəti yanında

İctimai Şuranın sədri

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər